Moskvada 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad edilib

Moskvada 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad edilib Azərbaycan səfirliyinin qarşısında 20 Yanvar qəhrəmanlarının xatirəsinə stend qurulub və istəyən hər kəs bura gül dəstələri qoya, faciənin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edə bilər
Xarici siyasət
295
20 Yanvar , 2021 14:08
Moskvada 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad edilib

Bu gün Azərbaycanın Moskvadakı səfirliyi qarşısında 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda baş vermiş faciə qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə ənənəvi gül qoyulması mərasimi baş tutub.

“Report”un Rusiya bürosunun məlumatına görə, Azərbaycan səfirliyinin qarşısında 20 Yanvar qəhrəmanlarının xatirəsinə stend qurulub və istəyən hər kəs bura gül dəstələri qoya, faciənin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edə bilər.

Tədbirdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, eləcə də Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi