Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
25 Dekabr , 2019 17:57
Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm.

Sizinlə gələcək görüşlərimizi səbirsizliklə gözləyir, müdrik rəhbərliyinizlə dost Azərbaycanın inkişafından məmnunluq duyuram.

Zati-aliləri, ən dərin ehtiramımı, səmimi təbriklərimi və salamlarımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi