Monteneqronun davamlı inkişaf və turizm naziri Azərbaycana səfər edəcək

Monteneqronun davamlı inkişaf və turizm naziri Azərbaycana səfər edəcək 4 nəfərdən ibarət nümayəndə heyəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək
Xarici siyasət
26 Aprel , 2017 10:36
Monteneqronun davamlı inkişaf və turizm naziri Azərbaycana səfər edəcək
Report.az

Bakı. 26 aprel. REPORT.AZ/ Monteneqronun davamlı inkişaf və turizm naziri Pavle Raduloviç Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan bildiriblər.

4 nəfərdən ibarət nümayəndə heyəti mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək, həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.