Monteneqronun baş naziri və parlament sədri Azərbaycana səfərə gələcəklər

Monteneqronun baş naziri və parlament sədri Azərbaycana səfərə gələcəklər Monteneqro XİN başçısı: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır"
Xarici siyasət
2 Noyabr , 2017 13:57
Monteneqronun baş naziri və parlament sədri Azərbaycana səfərə gələcəklər

Bakı. 2 noyabr. REPORT.AZ/ "Monteneqronun baş naziri və parlament sədrinin Azərbaycana səfərləri hazırlanır."

"Report" xəbər verir ki, bu barədə Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç Bakıda brifinqdə bildirib.

"Siyasi dialoqu davam etdirmək niyyətindəyik. Azərbaycan bizim üçün strateji tərəfdaşdır. Azərbaycan qazının Monteneqro sərhədinə qədər tədarükü ilə bağlı layihə var və bu strateji əməkdaşlığımızı genişləndirir. Əməkdaşlığımızın, o cümlədən təhsil, kənd təsərrüfatı, turizm və bir sıra başqa sahələrdə, inkişafı üçün hər cür imkan var", - XİN başçısı vurğulayıb.

O, Monteneqronun TAP layihəsində də maraqlı olduğunu qeyd edib: "Layihəni və onun mümkün genişləndirilməsi imkanını izləyirik, layihənin çoxvektorlu xarakterini dəstəkləyirik."

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edən nazir ölkəsinin münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb: "Bu prosesdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in rolunu dəstəkləyirik".

Son xəbərlər

Orphus sistemi