Yuxarı
    Bağlamaq

    Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək”

    Prezident Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb© Report.az

    Bakı. 28 aprel. REPORT.AZ/ Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, məktubda deyilir:

    “Zati-aliləri cənab Prezident.

    Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

    Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi