Moldovoda AAK ilə birgə lobbiçilik planları müzakirə olunub

Moldovoda AAK ilə birgə lobbiçilik planları müzakirə olunub Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanın Moldovadakı diplomatik nümayəndəliyində səfir Qüdsi Osmanov Kişinyovda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovla görüşüb.
Xarici siyasət
31 Mart , 2018 02:31
Moldovoda AAK ilə birgə lobbiçilik planları müzakirə olunub

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanın Moldovadakı diplomatik nümayəndəliyində səfir Qüdsi Osmanov Kişinyovda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovla görüşüb.

“Report” xəbər verir ki, görüşdə AAK İdarə heyətinin üzvü, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov iştirak edib.

Görüşdə Sahil Qasımov səfir Qüdsi Osmanova AAK-ın fəaliyyəti, son aylar həyata keçirdiyi layihələr, o cümlədən lobbiçiliklə bağlı qarşıdaduran planlar barədə məlumat verib. S. Qasımov Moldovadakı Azərbaycan diplomatiyasının və diasporunun bu sahədə təcrübəsini nəzərə alaraq bu kimi layihələrdə birgə iştirak arzusunu bildirib. S. Qasımovu yenidən AAK-a prezident seçilməsi münasibəti ilə təbrik edərək, Qüdsi Osmanov Moldovoda keçirilən tədbirlərdən, görülən işlərdən danışıb.

Q. Osmanov son zamanlar Moldova-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsini xatırladaraq bildirib ki, Azərbaycan həqiqətlərinin burada, o cümlədən bütün Avropada geniş təbliğ olunması üçün daha da böyük zəmin yaranıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov da ölkənin ictimai, iqtisadi və siyasi həyatında azərbaycanlıların rolundan bəhs edərək AAK-ın son aylar daha da fəallaşmasının birgə hərəkat üçün yaxşı platforma olduğunu bildirib. Görüş bölgədə lobbiçiliklə bağlı nəzərdə tutulan birgə layihələrin müzakirəsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi