Moldovanın baş prokuroru Azərbaycana səfər edəcək

Moldovanın baş prokuroru Azərbaycana səfər edəcək Səfər 2018-ci ilə planlaşdırılır
Xarici siyasət
29 Oktyabr , 2017 00:57
Moldovanın baş prokuroru Azərbaycana səfər edəcək

Kişinyov. 29 oktyabr. REPORT.AZ/ Moldovanın baş prokuroru Eduard Harunjen gələn il Azərbaycana səfər edəcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə baş prokuror E.Harunjenin Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla keçirdiyi görüşdə qeyd olunub.

E.Harunjen Moldova ilə Azərbaycanın prokurorluq orqanları arasında mövcud olan əməkdaşlıq memorandumu əsasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu, ikitərəfli səfərlərin həyata keçirildiyini bildirib.

Səfir Q.Osmanov isə Moldova və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb, iki ölkənin prokurorluq orqanlarının səmərəli qarşılıqlı və uğurlu fəaliyyətindən söz açıb. Sonda səfir Q.Osmanov Azərbaycan Respublikası baş prokuroru adından E.Harunjeni Azərbaycana rəsmi səfərə dəvət edib. E.Harunjen dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycana 2018-ci ildə səfər etmək imkanında olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi