Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Azərbaycana səfər edəcək
Xarici siyasət
5 Sentyabr , 2014
17:09
https://static.report.az/photo/7c250c48-5f47-43a2-883a-af5b29141b28.jpg
Bakı. 5 sentyabr. REPORT.AZ/ Moldova baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Qerman Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycan Xarici İşlər Nazirliyindən Report-a verilən məlumata görə, 7-9 sentyabr tarixlərində baş tutacaq səfər çərçivəsində Natalia Qermanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdə Azərbaycanla Moldova arasında mövcud əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.
İngilis versiyası
Minister of Foreign Affairs and European Integration of Moldova to visit Azerbaijan