Moldovada 20 Yanvar faciəsi ilə bağlı geniş ictimai dinləmələr keçirilib

Moldovada 20 Yanvar faciəsi ilə bağlı geniş ictimai dinləmələr keçirilib Kişeneunun mərkəzində faciənin 25-ci ildönümü ilə bağlı piket və mitinq keçiriləcək
Xarici siyasət
20 Yanvar , 2015 14:38
Moldovada 20 Yanvar faciəsi ilə bağlı geniş ictimai dinləmələr keçirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Kişeneuda Moldovanın qeyri-hökumət təşkilatları olan İctimai Palata və Gənclərin Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsi ilə bağlı geniş ictimai dinləmələr keçirilib. Azərbaycanın Moldovadakı Səfirliyindən "Report"a verilən məlumatına görə, tədbirdə çıxış edən Moldovanın İctimai Palatası və Gənclərin Əməkdaşlıq Mərkəzinin rəhbərləri Dmitri Xaritonov və Dmitri Roybu sovet rejiminin Azərbaycan xalqına qarşı etdiyi təcavüz haqqında məlumat veriblər.

Tədbir iştirakçılarına jurnalist İrina Melnik tərəfindən 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbirə dəvət olunmuş Moldova respublikasının Ombudsmanı Aurelia Qriqoriu və Səfirliyin müşaviri İlham Ağayev çıxış edərək, Azərbaycan xalqının müstəqillik yolunda bu tarixin böyük önəm daşıdığını qeyd ediblər. Ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində, həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvada Daimi Nümayəndəliyinə gələrək, jurnalistlər üçün mətbuat konfransı keçirməsini, bununla da xalqına ağır gündə dəstək çıxmasını və bu gün xalqımız bu tarixi qəhrəmanlıq səhifəsi olaraq andığını xüsusi vurğulayıblar.
Tədbirin sonunda 20 yanvar günü Kişeneunun mərkəzində faciənin 25-ci ildönümü ilə bağlı piket və mitinq keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi