Moldova səfirliyi: Seçki məntəqəsində səsvermə sakit keçib

Moldova səfirliyi: Seçki məntəqəsində səsvermə sakit keçib Səsvermədə Azərbaycanda yaşayan 145 Moldova vətəndaşı iştirak edib
Xarici siyasət
108
1 Dekabr , 2014 11:44
Moldova səfirliyi: Seçki məntəqəsində səsvermə sakit keçib
Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda Moldova səfirliyinin inzibati binasında seçki məntəqəsində səsvermə sakit keçib. Ümumilikdə səsvermədə Azərbaycanda yaşayan 145 Moldova vətəndaşı iştirak edib. Bu barədə "Report"a Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 Səfirlik seçkilərin  təşkilində  göstərdikləri dəstəyə görə, mühafizə xidmətinə minnətdarlıq edib.

Noyabr ayının 30-da Moldovada növbəti parlament seçkiləri keçirilib. Həmin gün Moldovanın Bakıdakı səfirliyində 391 saylı seçki məntəqəsi açılıb. 

Səsvermədə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak ediblər. 

Hazırda Moldova MSK səslərin  87%-ni sayıb. 

Son xəbərlər

Orphus sistemi