Azərbaycanda Moldova Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda Moldova Prezidentinin rəsmi qarşılanma mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb
Xarici siyasət
22 İyun , 2017 10:45
Azərbaycanda Moldova Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verib.

Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Son xəbərlər

Orphus sistemi