Moldova ombudsmanı Azərbaycan Prezidentini təbrik edib

Moldova ombudsmanı Azərbaycan Prezidentini təbrik edib Aureliya Qriqoriu Prezident İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib
Xarici siyasət
25 Dekabr , 2014 18:44
Moldova ombudsmanı Azərbaycan Prezidentini təbrik edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, məktubda bildirilir: 

"Zati-aliləri, hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan üçün bayram ovqatlı bu əlamətdar gündə Sizi, ilk növbədə, dövlətinizin dünya səviyyəsində qazandığı nailiyyətlər və ölkənizdə baş verən müsbət dəyişikliklər münasibətilə təbrik edim.

Sizin ad gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı, hər bir həqiqi dostunuz üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik. Sizə və ailənizə xeyir-bərəkət, möhkəm cansağlığı və rifah, ölkənizə sülh, işğal altındakı ərazilərlə bağlı ədalətin ən qısa müddətdə zəfər çalmasını arzu edirəm. Biz Sizin və Azərbaycanın dostlarıyıq. Biz bu dostluqla fəxr edirik".

Son xəbərlər

Orphus sistemi