Moldova məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanır

Moldova məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanır CEPEJ-in vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanov Kişineuya səfər edib
Xarici siyasət
20 Oktyabr , 2017 12:49
Moldova məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanır

Bakı. 20 oktyabr. REPORT.AZ/ Moldova Respublikası ədliyyə naziri Avropa Şurasına müraciət edərək məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanmışdır.

"Report" Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa standartları və vətəndaşların məhkəmələrə əlçatanlığı barədə təqdimatı aparmaq məqsədilə Kişinev şəhərinə səfər edib.

Məlumata görə, Moldova hökumətinin məhkəmələrin yenidən qurulması və müasir məhkəmə infrastrukturunun yaradılmasında Azərbaycanın müsbət təcrübəsində maraqlı olmasını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti ölkədə məhkəmə binalarının təşkili və vətəndaşlar üçün əlçatan olması barədə, xüsusilə də planlaşdırma, tikinti, təchizat və məhkəmənin yeni binalarının fəaliyyəti ilə bağlı geniş təqdimat keçirib və bu sahədəki təcrübəsini moldovalı həmkarları ilə paylaşıb.

Ali məhkəmənin sədri, cənab Mixay Poalelunqi (solda), CEPEJ Vitse Prezidenti, cənab Ramin Qurbanov (sağda)

Nümayəndə heyəti həmçinin yenicə genişləndirilən və təmir edilən Kişineu Apellyasiya Məhkəməsinin binasına baş çəkib.

Bu missiyanın nəticələri moldovalı həmkarlar tərəfindən yüksək qymətləndirilib.

Eyni zamanda səfər zamanı R.Qurbanov Vitse-prezident qismində ədliyyə naziri Vladimir Çebotarı, Ali Məhkəmənin sədri Mihay Poalelunqi, Ali Ədliyyə Şurasının sədri Viktor Miku ilə ikitərəfli görüşlər keçirib.

Apellyasiya Məhkəməsinin sədri, cənab İon Pleşka (sağda), CEPEJ Vitse Prezidenti, cənab Ramin Qurbanov (solda)

Son xəbərlər

Orphus sistemi