Bakı. 22 may. REPORT.AZ/ Moldova ictimaiyyətinin nümayəndələri Bakıdakı yanğın nəticəsində ölənlərin xatirəsini yad edib.
Azərbaycanın Kişinyovdakı səfirliyinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, mayın 21-də Azərbaycanın Moldovadakı diplomatik missiyasının yerləşdiyi binanın qarşısına bu ölkənin ictimaiyyət nümayəndələri toplaşıblar.
Faciə qurbanlarının xatirəsini yad edənlər arasında Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu və onun həyat yoldaşı, bu ölkənin keçmiş
Tədbir iştirakçıları səfirə və səfirliyin əməkdaşlarına başsağlığı veriblər, səfirliyin binası önündə şamlar yandırıb, gül dəstələri qoyublar.
Mətbuat xidmətindən verilən məlumata görə, Moldovanın rəsmi şəxsləri və sadə vətəndaşları səfirliyə Azərbaycan xalqına başsağlığı ilə bağlı zəng etməkdə davam edirlər.

