Moldova GUAM-a sədrlik müddətində prioritetlərini açıqlayıb

Moldova GUAM-a sədrlik müddətində prioritetlərini açıqlayıb Bakı. 5 yanvar. REPORT.AZ/ Moldova hökuməti 2018-ci ildə GUAM-a sədrliyi müddətində prioritetlərini açıqayıb.
Xarici siyasət
5 Yanvar , 2018 12:28
Moldova GUAM-a sədrlik müddətində prioritetlərini açıqlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Moldova hökuməti 2018-ci ildə GUAM-a sədrliyi müddətində prioritetlərini açıqayıb.

"Report" xəbər verir ki, rəsmi Kişineu bu il sədrlik çərçivəsində GUAM-ın azad ticarət zonasının fəaliyyətinin təmin edilməsi, Sahə əməkdaşlığının inkişafı üzrə Fəaliyyət Planına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, energetika, enerji təhlükəsizliyi, turizm kimi sahələrdə sektoral qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi, təhsil, elm, tədqiqat və innovasiyalar sahələrində əməkdaşlığın və informasiya mübadiləsinin keyfiyyətinin təkmilləşdirilməsi, Kişinyovda yüksək səviyyəli görüşlərin təşkili yolu ilə siyasi dialoqun gücləndirilməsi və BMT-nin Baş Assambleyasının növbəti sessiyasında GUAM regionunda dondurulmuş münaqişələrin kollektiv həllinin təşviq edilməsi, GUAM+ formatında beynəlxalq əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi kimi məsələlərə diqqət ayıracaq.

Eyni zamanda yayda Kişineuda GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşünün və ilin ikinci yarısında GUAM Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi