MM-in vitse-spikeri: "Bu tədbirlər Avropadan Azərbaycana qarşı yönələn iti caynaqlara mesajdır"

MM-in vitse-spikeri: "Bu tədbirlər Avropadan Azərbaycana qarşı yönələn iti caynaqlara mesajdır" “Son günlər Azərbaycana qarşı Avropada bir kabus dolanırdı, sanki mənfur baxışlar güclənmişdi. Son iki gündə ölkəmizdə keçirilən tədbirlər həmin iti caynaqlara bir mesajdır”.
Xarici siyasət
21 oktyabr 2022 07:03
MM-in vitse-spikeri: Bu tədbirlər Avropadan Azərbaycana qarşı yönələn iti caynaqlara mesajdır
Fəzail İbrahimli

“Son günlər Azərbaycana qarşı Avropada bir kabus dolanırdı, sanki mənfur baxışlar güclənmişdi. Son iki gündə ölkəmizdə keçirilən tədbirlər həmin iti caynaqlara bir mesajdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin vitse-spikeri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün türk dünyasında iki böyük lider yaranıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Türk liderləinin bir yerdə olması isə dünyaya mesajdır. Azərbaycanın tarixi taleyüklü məsələlərində həmişə Allahşükür Paşazadə sinəsini qabağa verib. Türk dünyasının birliyi bizim nicatımızdır”.

Son xəbərlər

Orphus sistemi