Mixail Qusman: "Rusiya-Azərbaycan münasibətləri çiçəklənmə dövrünü yaşayır"

Mixail Qusman: "Rusiya-Azərbaycan münasibətləri çiçəklənmə dövrünü yaşayır" "Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı anlaşması əməkdaşlığın bütün səviyyələrinə təsirini göstərir"
Xarici siyasət
30 Sentyabr , 2016 13:45
Mixail Qusman: Rusiya-Azərbaycan münasibətləri çiçəklənmə dövrünü yaşayır

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Rusiya-Azərbaycan münasibətləri çiçəklənmə dövrünü yaşayır.

Bunu "Report"a açıqlamasında Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib.

"Bəlkə də ölkələrimiz arasındakı münasibətlər tarixən bu səviyyədə olmayıb. Münasibətlərin belə yüksək olmasının səbəblərindən biri ölkə prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında şəxsi münasibətlər, şəxsi anlaşmadır. Onlar kifayət qədər tez-tez görüşür, bildiyim qədərilə deyə bilərəm ki, aralarında dərin və vacib müzakirələr aparılır", - deyə M.Qusman bildirib.

Onun sözlərinə görə, ölkə liderlərinin görüşü və qarşılıqlı anlaşması əməkdaşlığın bütün səviyyələrinə - mədəni, iqtisadi, sosial sahəyə öz təsirini göstərir. Rusiya və Azərbaycan arasında münasibətlərdə hansı sahədə əlaqələrin belə yüksək səviyyədə olmadığını bilmirəm", - deyə o əlavə edib.

Agentliyin baş direktorunun müavini bildirib ki, Bakıda ikitərəfli, Rusiya-Azərbaycan çərçivəsindən çıxaraq beynəlxalq səviyyəyə çatan V Beynəlxalq Humanitar Forumun keçirilməsi buna sübutdur.

Son xəbərlər

Orphus sistemi