Mixail Qusman: “Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub”

Mixail Qusman: “Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub” “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının məhz doğulduğum gün baş tutduğuna görə çox məmnunam. Bu tədbirə dəstək verdiklərinə və onu nəzarət altına götürdüklərinə görə Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə minnətdarlığımı bildirmək istəyirəm”.
Xarici siyasət
24 Yanvar , 2020 15:40
Mixail Qusman: “Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub”
Mixail Qusman / Report / Firi Salim

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının məhz doğulduğum gün baş tutduğuna görə çox məmnunam. Bu tədbirə dəstək verdiklərinə və onu nəzarət altına götürdüklərinə görə Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə minnətdarlığımı bildirmək istəyirəm”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TASS informasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib.

O, bu konfransın ikitərəfli humanitar əlaqələrin inkişafı baxımından son dərəcə vacib olduğunu da qeyd edib.

“Düzü, müasir Azərbaycan tarixində Rusiyadan ictimai xadimlərdən, mədəniyyət xadimlərindən ibarət belə geniş nümayəndə heyəti gəldiyini xatırlamıram. Demək istəyirəm ki, bütün nümayəndə heyəti Bakı torpağında olmaqdan çox məmnundur. İş yalnız ənənəvi Azərbaycan qonaqpərvərliyində deyil, həm də dostluq, əməkdaşlıq və diqqət ab-havasındadır. Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub”, - M.Qusman bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Yanvarın 23-də M.Qusman 70 illik yubileyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi