Mixail Boçarnikov: “Rusiya Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirəcək"

Mixail Boçarnikov: “Rusiya Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirəcək" “Rusiya cari ildə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır”.
Xarici siyasət
26 Yanvar , 2022 11:53
Mixail Boçarnikov: “Rusiya Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirəcək
Mixail Boçarnikov

“Rusiya bu il Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

“Rusiya siyasi əlaqələri inkişaf etdirməyi, hökumətlərarası komissiyalar çərçivəsində fəaliyyəti aktivləşdirməyi planlaşdırır”, - səfir bildirib.

O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq: "Bu ildə həmçinin Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. Bu iclas zamanı əməkdaşlığın inkişafı ilə bağlı müxtəlif aktual məsələlərin müzakirə olunacağı gözlənilir. Əminəm ki, yüksək səviyyədə görüşlər də keçiriləcək”.

M.Boçarnikov müxtəlif razılaşmaların, sənədlərin imzalanacağına ümidvar olduğunu bildirib: "Regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi də planlaşdırılıb. Prinsipcə, 2022-ci il üçün planlar çox genişdir”.

Son xəbərlər

Orphus sistemi