Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi: Səlahiyyətlərdən sui-istifadə beynəlxalq münasibətlər sistemini dağıdır

Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi: Səlahiyyətlərdən sui-istifadə beynəlxalq münasibətlər sistemini dağıdır İkili standartlar və səlahiyyətlərdən sui-istifadə beynəlxalq münasibətlər sistemini dağıdır.
Xarici siyasət
13 mart 2025 16:50
Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi: Səlahiyyətlərdən sui-istifadə beynəlxalq münasibətlər sistemini dağıdır

İkili standartlar və səlahiyyətlərdən sui-istifadə beynəlxalq münasibətlər sistemini məhv edir.

“Report” xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa XII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində hər hansı bir pozuntu qlobal sülh və təhlükəsizliyə təhdid yaradır.

"Beynəlxalq təşkilatlar beynəlxalq ictimaiyyətə xidmət etmək, inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün yaradılıb. Lakin ikili standartlar siyasəti, ölkələrin öz öhdəliklərini yerinə yetirmək istəməməsi, həmçinin bəzi dövlətlərin veto hüququndan sui-istifadə etməsi qlobal problemlərin həllinə mane olur. Bu, beynəlxalq münasibətlər sistemini və ümumilikdə beynəlxalq təşkilatları dağıdır", - diplomat bildirib.

A.Musa qeyd edib ki, beynəlxalq platformalarda mənasız nitqlər getdikcə daha çox səslənir, lakin böyük dövlətlər öz səlahiyyətlərindən sui-istifadə etməyi dayandırsa, sistemi xilas etmək olar.

Son xəbərlər

Orphus sistemi