Misirin iki əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Misirin iki əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək Səfər zamanı turizm sahəsində əlaqələrin möhkəmləndirilməsi perspektivləri müzakirə ediləcək
Xarici siyasət
5 May , 2016 09:29
Misirin iki əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Bakı. 5 may. REPORT.AZ/ Mayın 15-17-də Misirdən Azərbaycana geniş nümayəndə heyəti gələcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Qırmızı dəniz (Hurqada) əyalətinin qubernatoru Əhməd Abdulla və Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda, Misir turizm naziri Sami Mahmud, eləcə də turizm sektorunda fəaliyyət göstərən 12 misirli sahibkar daxil olacaq.

Səfər zamanı Azərbaycanın müvafiq orqanlarının nümayəndələri ilə görüşlər keçiriləcək. Görüşlərdə turizm sahəsində əlaqələrin möhkəmləndirilməsi perspektivləri, eləcə də Azərbaycan və Misir arasında birbaşa hava əlaqəsinin açılması məsələsi müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi