Misirin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Misirin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib "Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm"
Xarici siyasət
27 May , 2016 16:38
Misirin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Bakı. 27 may. REPORT.AZ/ Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir: 

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm". 

Son xəbərlər

Orphus sistemi