Bakı. 18 iyul. REPORT.AZ/ Misirin Azərbaycandakı səfiri Tarik Əbu Sinanın diplomatik missiyası bitir.
Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
Ölkənin Azərbaycandakı yeni səfirinin Süzan Cəlilin olacağı barədə fikirlər səslənir.
Onun təyinatı haqda rəsmi qərarın qəbulu yaxın vaxtlarda gözlənilir.
Çox guman ki, S.Cəlil səlahiyyətlərinin icrasına bu ilin avqust və ya sentyabr aylarında başlayacaq.
Xatırladaq ki, Tarik Əbu Sina Misirin Azərbaycandakı səfiri vəzifəsinə 2012-ci il oktyabrın 14-də təyin edilib.