Misir qeyri-rəsmi yolla Azərbaycana viza alınmasından çəkinməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib

Misir qeyri-rəsmi yolla Azərbaycana viza alınmasından çəkinməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib
Xarici siyasət
7 Mart , 2019 10:36
Misir qeyri-rəsmi yolla Azərbaycana viza alınmasından çəkinməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib
0 : 00
0 : 00

Bakı. 7 mart. REPORT.AZ/ Misir vasitəçilər və ya turizm agentlikləri vasitəsilə Azərbaycana işgüzar viza alınmasından çəkinməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

"Report" Misir KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik Azərbaycana getmək istəyənləri Azərbaycanın Qahirədəki səfirliyinə müraciət etməyə çağırıb.

Qurum həmçinin viza verilməsi prosedurlarının asanlaşdırılması üçün qeyri-rəsmi turizm agentliklərinə və ya fərdi şəxslərə müraciət etməməklə bağlı xəbərdarlıq edib.