Misir müftisinin baş müşaviri: "Bakıdakı konfransla dünyaya islamofobiya ilə birgə mübarizə aparacağımızı göstərməliyik"

Misir müftisinin baş müşaviri: "Bakıdakı konfransla dünyaya islamofobiya ilə birgə mübarizə aparacağımızı göstərməliyik" “Bakıda keçirilən konfransla dünyaya islamofobiya ilə birgə mübarizə aparacağımızı göstərməliyik”.
Xarici siyasət
16 mart 2023 11:21
Misir müftisinin baş müşaviri: Bakıdakı konfransla dünyaya islamofobiya ilə birgə mübarizə aparacağımızı göstərməliyik

“Bakıda keçirilən konfransla dünyaya islamofobiya ilə birgə mübarizə aparacağımızı göstərməliyik”.

“Report”un xəbərinə görə, bunu Misir Baş müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Nəgim Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, islamofobiya mürəkkəb və çoxtərəfli bir problemdir:

“Onun siyasi, sosioloji, dini və KİV-lə bağlı olan tərəfi var. Bu problem Məhəmməd peyğəmbərin dövründə də mövcud idi və indi də var. Bir sözlə, sözügedən problemlə əlaqədar çoxsaylı hadisələr hər zaman olub və bundan sonra da olacaq”.

“Sadəcə biz necə mübarizə aparmalı olduğumuz barədə fikirləşməliyik. Hesab edirəm ki, islamofobiya ilə daha səmərəli mübarizə aparmaq üçün isə səylərimizi birləşdirməliyik” -, İ.Nəgim vurğulayıb.

Son xəbərlər

Orphus sistemi