Yuxarı
    Bağlamaq

    Misir Mədəniyyət Mərkəzinin rəhbəri Naxçıvanda görüşlər keçirib - FOTO

    Görüşlərdə Naxçıvanda Misirlə bağlı tədbirlərin keçirilməsi müzakirə olunub

    Bakı. 4 noyabr. REPORT.AZ/ Misirin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Naxçıvana səfər edib.

    Misirin Azərbaycandakı Səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı mərkəzin rəhbəri Heydər Əliyev Muzeyində olub və muzeyin direktoru Ramil Orucəliyevlə görüşüb.

    Daha sonra Ə.S.Elaydi Naxçıvanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri ilə görüşüb. Tərəflər arasında Naxçıvan MR ilə birgə layihələrin keçirilməsi, muxtar respublikanın tarixinə, adət ənənələrinə və milli folkloruna aid tədbirlərin Misirdə keçirilməsi, eləcə də Misirin tarixi və mədəniyyəti haqqında tədbirlərin muxtar respublikada təşkil olunması barədə məsələləri müzakirə olundu.

    Həmçinin Ə.S.Elaydi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmisi ilə görüşüb. Görüş zamanı mərkəzin rəhbəri Misirlə Azərbaycan arasında təhsil sahəsində bağlanılmış icra əməkdaşlıq müqaviləsinə əsasən misirli tələbələrin muxtar respublikada təhsil almalarını və gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi, təhsil müəssisələrində Misir-Azərbaycan dostluğu barədə mühazirələrin və sərgilərin keçirilməsi mövzusunda müzakirələr aparılıb.

    Bundan başqa Ə.S.Elaydi Naxçıvan Dövlət Universitetində, AMEA Naxçıvan bölməsində də olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi