​Misir verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

​Misir verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib Misirin müvəqqəti işlər vəkili Azərbaycanın xarici işlər naziri ilə görüşüb
Xarici siyasət
19 Oktyabr , 2015 17:25
​Misir verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Misir BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkiləri zamanı ölkəyə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Haytam Qalal deyib.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri və regional məsələlər müzakirə edilib.

Xatırladaq ki, Misir oktyabr ayında keçirilən seçkilər zamanı Seneqal, Uruqvay, Ukrayna və Yaponiya ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Son xəbərlər

Orphus sistemi