Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin 10-cu qeyri-rəsmi tərəfdaşlıq dialoqu keçirilir

Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin 10-cu qeyri-rəsmi tərəfdaşlıq dialoqu keçirilir Bakı. 21 iyun. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-rəsmi tərəfdaşlıq dialoqu keçirilir.
Xarici siyasət
21 İyun , 2018 16:24
Minskdə Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-rəsmi tərəfdaşlıq dialoqu keçirilir
EbS

Bakı. 21 iyun. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələrinin 10-cu qeyri-rəsmi tərəfdaşlıq dialoqu keçirilir.

"Report" xəbər verir ki, iclasda iştirak etmək üçün Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han və rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Mariya Qabriel Belarus paytaxtına gəliblər.

İkigünlük iclas zamanı ötən ilin noyabrında baş tutan "Şərq Tərəfdaşlığı" Sammitinin yekunu üzrə "2020-ci il üçün 20 praktiki nəticə" sənədi çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi yolları müzakirə ediləcək.

İyunun 21-də genişzolaqlı internet bağlantısının təşviqi və regionda rouminq tarifləri ilə bağlı problemin həll olunmasına dair plenar iclas da keçiriləcək.

Sabah isə tərəfdaşlığın cari vəziyyəti ilə bağlı və Xarici İnvestisiyalar Planının həyata keçirilməsi üzrə plenar iclas keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq tərəfdaşlığı ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Minskdə səfərdədir.

Son xəbərlər

Orphus sistemi