Yuxarı

Minskdə MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının 64-cü iclası keçirilib

İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə MDB-yə üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 64-cü iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Ermənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Litva, Latviya və Moldovanın nümayəndə heyətləri iştirak ediblər.

Görüş, Belarus gömrüyünün yubileyi ərəfəsində keçirilsə də, işgüzar xarakter daşıyıb. İclasda dəmir yolu vasitəsi ilə daşınan malların rəsmiləşdirilməsi və yoxlanılması zamanı MDB ölkələrinin dəmiryolu administrasiyaları gömrük orqanlarının standart qarşılıqlı fəaliyyət texnologiyaları layihəsi, Beynəlxalq Yol Daşımaları kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına dəyişikliklər edilməsi, informasiya sistem və resurslarının təhlükəsizliyi üçün standart tələblərin hazırlanmasına dair məsələlər nəzərdən keçirilib.

Rusiyanın Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Şuraya yeni sədr təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi