Belarus XİN başçısı: "Minskdə Azərbaycan Ticarət Evinin açılışı əmtəə dövriyyəsinin artmasına kömək edəcək"

Belarus XİN başçısı: "Minskdə Azərbaycan Ticarət Evinin açılışı əmtəə dövriyyəsinin artmasına kömək edəcək" "Azərbaycanın xaricdə açdığı ilk ticarət evinin Belarusda yerləşməsi bizim üçün çox vacibdir"
Xarici siyasət
26 May , 2017 17:04
Belarus XİN başçısı: Minskdə Azərbaycan Ticarət Evinin açılışı əmtəə dövriyyəsinin artmasına kömək edəcək

Bakı. 26 may. REPORT.AZ/ Minskdə Azərbaycan Ticarət Evinin açılışı əmtəə dövriyyəsinin artmasına kömək edəcək.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

"Belarusda Azərbaycan Ticarət Evinin açılması ticarət dövriyyəsinin artmasına və birtərəfli istiqamətdə hərəkətin olmaması üçün onun tarazlaşdırılmasına xidmət edəcək", - V.Makey vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın xaricdə açdığı ilk ticarət evinin Belarusda yerləşməsi onlar üçün çox vacibdir. "Belə hadisənin Belarusda baş verməsinə görə ürəkdən sevinirik", - nazir deyib.

Onun sözlərinə görə, bu, ölkələr arasında müxtəlif səviyyələrdə aparılan fəal dialoqun təbii nəticəsidir.

Son xəbərlər

Orphus sistemi