Mingəçevirlə Yaponiyanın Komatsu şəhərləri qardaşlaşıb

Mingəçevirlə Yaponiyanın Komatsu şəhərləri qardaşlaşıb Yaponiyanın Komatsu şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti şəhərə səfər edib
Xarici siyasət
1196
19 Oktyabr , 2017 22:42
Mingəçevirlə Yaponiyanın Komatsu şəhərləri qardaşlaşıb

Mingəçevir. 19 oktyabr. REPORT.AZ/ Yaponiyanın Komatsu şəhərinin meri Şindji Vada başda olmaqla bir qrup nümayəndə heyəti Mingəçevirə səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbul edilən qonaqlarla hər iki şəhərin qardaşlaşması barədə müzakirələr aparılıb.

N. Bayramov qonaqlara Mingəçevirin mövcud iqtisadi imkanları və mədəni potensialı barədə ətraflı məlumat verərək əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib. Komatsu şəhərinin meri Şinji Vada Azərbaycanın Yaponiyadakı səfirindən Mingəçevir haqqında ətraflı məlumatlar aldığını bildirib. Onun fikrincə, hər iki şəhər arasında xeyli oxşarlıq var. Xüsusilə də Mingəçevir kimi Komatsuda da turizmə, təhsilə və su idmanına böyük maraq var.

Görüşdə həmçinin Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto, Komatsu şəhərinin Beynəlxalq təşviqat idarəsinin baş direktoru Katsuşi Fuci, Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda və digər şəxslər iştirak ediblər.

Müzakirələrdən və çıxışlardan sonra hər iki tərəf arasında əlaqələrin intensiv davam etdirilməsi qərara alınıb.

Yaponiyalı qonaqlar daha sonra Mingəçeviri gəzərək müxtəlif ünvanlara baş çəkib.

Son xəbərlər

Orphus sistemi