Milli Məclisin üzvü Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidəki toplantısında iştirak edir

Milli Məclisin üzvü Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidəki toplantısında iştirak edir Gürcüstanın paytaxtı Tbilisidə Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 26-cı Baş Assambleyası başlayıb.
Xarici siyasət
20 İyun , 2019 10:01
Milli Məclisin üzvü Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidəki toplantısında iştirak edir

Gürcüstanın paytaxtı Tbilisidə Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 26-cı Baş Assambleyası başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentində keçirilən toplantının əsas mövzusu müasir ictimai-siyasi proseslərdə parlamentarizmin roluna həsr olunub.

Beynəlxalq tədbirdə 25 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.

Azərbaycanı assambleyada Milli Məclisin deputatı Mixail Zabelin təmsil edir.

İyunun 22-nə qədər davam edəcək toplantıda iştirakçılar PPA-nın fəaliyyətini, yeni layihələri müzakirə edəcəklər və 2019-2020-ci illər üçün fəaliyyət planını təsdiqləyəcəklər. Nümayəndələrin Gürcüstan patriarxı II İlya ilə görüşü də planlaşdırılıb.

Assambleyanın işinə nümayəndə heyətlərinin Kaxeti bölgəsinə səfəri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi