Yuxarı
    Bağlamaq

    ​Milli Məclisin sədri İranın xarici işlər nazirini qəbul edib

    Görüşdə qaşlılıqlı maraq doğuran məsələlər müzakirə edilib

    Bakı. 16 fevral. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    "Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasındakı dostluq münasibətlərindən bəhs edilib.

    Qarşılıqlı səfərlərin iki ölkə arasındakı əlaqələri daha da gücləndirdiyini söyləyən Oqtay Əsədov İran xarici işlər nazirinin bu səfərinin uğurlu nəticələrinin olacağını bildirib. Sədr təkcə ötən il hər iki ölkənin prezidentlərinin dörd dəfə görüşdüklərini xatırladıb, bu faktın əlaqələrimizin inkişafının bariz nümunəsi olduğunu söyləyib.

    Bildirilib ki, İran Azərbaycanla qonşu, dost və tərəfdaş ölkədir. Azərbaycanın İranla əlaqələri müxtəlif istiqamətdə inkişaf edir. İki ölkə arasında bu günə kimi 100-dən çox ikitərəfli sənəd imzalanıb. Bu da əlaqələrin yüksək səviyyədə olmasının daha bir göstəricisidir. İqtisadi əməkdaşlığın inkişafı üçün də hər iki ölkənin geniş potensialı var. Ona görə də iqtisadi əlaqələri daha yüksək səviyyəyə çatdırmaq lazımdır.

    Görüşdə parlamentlərarası əlaqələrdən də bəhs edilib. Qeyd olunub ki, iki ölkə arasındakı dostluq münasibətlərinin qorunub saxlanmasında və gücləndirilməsində parlamentlərin rolu böyükdür.

    Xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın İranın yaxın dostlarından biri olduğunu söyləyib. Nazir Azərbaycan-İran münasibətlərinin dərin tarixi köklərə söykəndiyini, iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

    Görüş qaşlılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi