Yuxarı
    Bağlamaq

    Milli Məclisin sədr müavini: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür”

    “ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır”

    Bakı. 24 dekabr. REPORT.AZ/ “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür. Və bu məsələ ilə bağlı açıqlamamızı gözləyirlərsə, yanlış yoldadırlar”.

    “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

    Bununla yanaşı, B.Muradova əlavə edib ki, müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir: “Səninlə hansı dildə danışırlarsa, o dili anladığını bildirməlisən. ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır. Azərbaycanın mövqeyi, regiondakı imkanları təkcə özümüzə xidmət etmir. Qarşı tərəf bunu anlamalıdır. Bu məsələlər müzakirə predmetidir, yəqin ki, müzakirə olunacaq”.

    Qeyd edək ki, deputat Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi