Milli Məclisin komitə sədri AŞPA-nın Tbilisidə keçirilən iclasında iştirak edir

Milli Məclisin komitə sədri AŞPA-nın Tbilisidə keçirilən iclasında iştirak edir
Xarici siyasət
25 Sentyabr , 2018 10:00
Milli Məclisin komitə sədri AŞPA-nın Tbilisidə keçirilən iclasında iştirak edir
0 : 00
0 : 00

Tbilisi. 25 sentyabr. REPORT.AZ/ Tbilisidə Gürcüstan parlamentinin binasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıda Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov da iştirak edir.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisinin AŞPA-nın komitə iclasına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

O, Gürcüstanda mədəniyyət və təhsil sahələrinin inkişafına xüsusi diqqətin ayrıldığını və bu sahədə davamlı islahatların həyata keçirildiyini bildirib: “Gürcüstanda demokratik dəyərlərə böyük önəm verilir. Biz bu dəyərləri yalnız Gürcüstanda deyil, regionda da təbliğ edirik”.

AŞPA-nın komitə iclasında informasiya cəmiyyəti, demokratiya və insan haqları, sosial media, internet ombudsman institutu, yeni media mühiti, media təhsili, media azadlığı, rəqəmsal dövrdə təhsilin rolu və digər mövzular müzakirə olunacaq. R.Hüseynov mövzularla bağlı fikirlərini söyləyəcək, təkliflər səsləndirəcək.