Milli Məclisin GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşdi

Milli Məclisin GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşdi Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinə deputat Elnur Allahverdiyev rəhbərlik edəcək.
Xarici siyasət
28 Aprel , 2020 22:21
Milli Məclisin GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşdi

Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinə deputat Elnur Allahverdiyev rəhbərlik edəcək.

Bu barədə “Report”a E.Allahverdiyev özü məlumat verib.

“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezident İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daim aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM Parlament Assambleyasının da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq, qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik”, - deyə E.Allahverdiyev bildirib.

GUAM PA-dakı nümayəndə heyətinin üzvləri isə deputatlar – Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.

Son xəbərlər

Orphus sistemi