Milli Məclisin deputatları Azərbaycanın Gürcüstandakı səfirliyində olub

Milli Məclisin deputatları Azərbaycanın Gürcüstandakı səfirliyində olub Söhbət zamanı Azərbaycan dövlətinin son illər ərzində əldə etdiyi uğurlardan danışılıb
Xarici siyasət
5 İyul , 2016 19:48
Milli Məclisin deputatları Azərbaycanın Gürcüstandakı səfirliyində olub

Tbilisi. 5 iyul. REPORT. AZ/ ATƏT PA-nın 25-ci illik sessiyasında iştirak etmək üçün Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisin deputatları iyulun 5-də ölkəmizin Gürcüstandakı səfirliyində olublar.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, deputatlar səfirliyin inzibati binası ilə tanış olub, diplomatlarla söhbət ediblər.

Səfir Azər Hüseyn Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrin inkişaf perspektivləri, bu ölkədə yaşayan azərbaycanlıların gürcü ictimaiyyətinə inteqrasiyası barədə ətraflı məlumat verib.

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın son iclasında qəbul olunmuş qərarlar, deputatlarımızın müzakirə olunan məsələlərdəki fəal iştirakı barədə məlumat verib. Bildirilib ki, Azərbaycan parlamentinin deputatı Azay Quliyev səs çoxluğu ilə ATƏT PA-nın vitse-prezidenti seçilib. O, növbəti üç il ərzində ölkəmizi ATƏT PA-da yüksək səviyyədə təmsil edəcək.

Söhbət zamanı Azərbaycan dövlətinin son illər ərzində əldə etdiyi uğurlardan danışılıb, deputatımızın ATƏT PA-nın vitse prezidenti seçilməsi Prezident İlham Əliyevin xarici siyasətinin uğuru kimi qiymətləndirilib.

Qeyd olunub ki, bu seçim, həm də Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və söz sahibinə çevrildiyini sübut edir.

Diplomatlar və deputatlar bu siyasətin dönməyəcəyinə, daha da inkişaf edəcəyinə, Azərbaycan nümayəndə heyətlərinin daha böyük uğurlar qazanacağına əminliklərini diqətə çatdırıblar.

Sonda xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi