Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatı Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək

    Azay Quliyevin Qazaxıstan Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilər ilə görüşləri də nəzərdə tutulub

    Bakı. 24 avqust. REPORT.AZ/ Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. 

    Milli Məclisin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, deputat səfər çərçivəsində "Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

    Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.

    Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilər ilə görüşləri də nəzərdə tutulub.

    Səfər avqustun 30-da başa çatacaq

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi