Bakı. 14 noyabr. REPORT.AZ/ Kanadanın Halifaks şəhərində noyabrın 16-da NATO Parlament Assambleyasının payız sessiyası başlayacaq.
Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində Demokratiya və İnsan Hüquqlarının təşviqi, Rusiyanın hibrid təhdidlərinə qarşı tədbirlər, NATO-nun yürütdüyü Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Kosmik sənayesinin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışı, Cənubda qeyri-sabitlik, Qərbi Balkanlarda təhlükəsizlik, Qaranlıq əlaqələr: terroristlərin şifrəli mesajlaşma, qara veb və rəqəmsal valyutalardan istifadəsi və digər mövzularda müzakirələr aparılacaq.
NATO Parlament Assambleyasının payız sessiyası noyabrın 19-da başa çatacaq.