Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatı Avropa Parlamentinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb

    Fuad Muradov Avropa Parlametindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsini xahiş edib

    Bakı. 26 fevral. REPORT.AZ/ Avronest Parlament Assambleyasındakı (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

    "Report" xəbər verir ki, ingilis dilində ünvanlanan müraciətdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırım haqqında məlumat verilib. Bildirilib ki, bu il 25-ci ildönümü tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır.

    F.Muradov müraciətində ərazilərimizin 20 faizinin işğal altında olduğu vurğulayıb. Xocalı faciəsinin bir neçə dövlətin parlamenti, habelə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən insanlıq əleyhinə cinayət kimi tanındığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsində yeganə vasitəçi olsa da, məsələnin həlli istiqamətində ciddi irəliləyiş olmayıb.

    Deputat müraciətin sonunda Avropa Parlameti rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsini xahiş edib. Bildirib ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi