Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, deputat Azay Quliyev bu gün Belarusun paytaxtında ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk qrupunun həmsədrlərini tənqid edib.
"Report"un xəbərinə görə, Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər: ”Onlar indiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk qrupu həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk qqrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət olunsunlar”.