Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatı: “ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı”

    “Seçkilər Ağ Ev ətrafındakı lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin qurduqları korrupsiya sistemini dağıtmış oldu”

    Bakı. 11 noyabr. REPORT.AZ/ “ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı. İkincisi, seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda və Yaxın Şərqdə və digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxardı”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

    O qeyd edib ki, seçkilər Ağ Ev ətrafındakı lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin qurduqları korrupsiya sistemini dağıtmış oldu: “Müxtəlif ərəb şeyxlərindən alınan, ayrı-ayrı ticarət mərkəzlərindən yığılan vəsaitlər seçki kampaniyasına yönəldilib. Bu da oradakı seçki sisteminə qədər korrupsiyasnın olduğunu sübut etdi. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə fakt mövcuddur. Diktatura rejiminin “demokratiya” adı altında ayrı-ayrı ölkələrin məhvinə səbəb olan siyasətinə xalq öz reaksiyasını bildirdi. Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamğı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördü”.

    O qeyd edib ki, bu, 2009-cu ildə Ermənistan Azərbaycan sərhədlərini açmaq adı ilə millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu.

    Z.Oruc ABŞ-dakı seçkilərlə bağlı danışan zaman vurğulayıb ki, bu məsələ ilə hər bir deputat fikir bildirə bilər: “Bu, bizim hüququmuzdur”.

    Spiker Oqtay Əsədov isə Z.Oruca “Sizə nəsə deyən olmadı axı” - deyə, cavab verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi