Milli Məclisdə İsrail nümayəndə heyəti ilə görüş olub

Milli Məclisdə İsrail nümayəndə heyəti ilə görüş olub Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri Hila Rozenfeld, Mayk Drike, Zvika Ziv və Avital Rozenberqlə görüşü olub.
Xarici siyasət
31 May , 2018 18:54
Milli Məclisdə İsrail nümayəndə heyəti ilə görüş olub
Report

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri Hila Rozenfeld, Mayk Drike, Zvika Ziv və Avital Rozenberqlə görüşü olub.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Sevinc Fətəliyeva qonaqları Azərbaycan parlamentində salamlayaraq İsraillə əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndiyini deyib. Millət vəkili bildirib ki, cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunur. Yubileylə əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər keçirilir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika idi. Mövcud olduğu zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti xeyli uğurlar əldə edib, ölkəmizin dövlətçilik və müstəqillik tarixində əhəmiyyətli rol oynayıb.

Qeyd edilib ki, bu gün dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərimizin dərinləşməsində parlamentlər önəmli yer tutur. Qonaqlara Milli Məclisin fəaliyyəti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlətin bütün strukturlarında olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qeyd edilib ki, Azərbaycanın qanunvericilik orqanında bir sıra dünya ölkələri, o cümlədən İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyəti göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar informasiya və təcrübə mübadiləsi baxımından vacibdir.

Sevinc Fətəliyeva ölkəmizin geosiyasi mövqeyindən söhbət açıb. Qeyd edilib ki, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Məsələnin həlli istiqamətində zəruri addımlar atılır. Bu gün regionda təhlükəsizliyin təmin edilməsi aktual məsələlərdəndir və bu sahədə səmərəli işlər həyata keçirilir.

İsrail nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən və səmimi görüşdən məmnun olduqlarını bildiriblər. Ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın və səmimi dostluq münasibətlərinin mövcudluğunu vurğulayılbar. Qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəyini söyləyiblər.

Millət vəkili Sevinc Fətəliyeva qonaqların ünvanladığı bir sıra suallara ətraflı cavablar verib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, terrorizmlə mübarizə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin Azərbaycandakı səfiri Dan Stav iştirak edib.

Son xəbərlər

Orphus sistemi