Milli Məclis sədrinin I müavini Vyetnamın Azərbaycana təyin olunan səfiri ilə görüşüb

Milli Məclis sədrinin I müavini Vyetnamın Azərbaycana təyin olunan səfiri ilə görüşüb Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb
Xarici siyasət
20 Aprel , 2015 17:17
Milli Məclis sədrinin I müavini Vyetnamın Azərbaycana təyin olunan səfiri ilə görüşüb

Bakı. 20 aprel. REPORT.AZ/ Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnam Sosialist Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Nquyen Than Şon ilə görüşüb.

MM-dən "Report"a verilən məlumata görə, Z.Əsgərov Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən normal münasibətlərin olduğunu, ölkə müstəqillik əldə etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırladan Ziyafət Əsgərov bildirib ki, münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu var.

Onun sözlərinə görə, qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, indi isə tezliklə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq.

Qonağa yeni vəzifəsində uğurlar arzulayan Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən birinci vitse-spiker qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT-nin 4 qətnaməsinin hələ də icra olunmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.

Vyatnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirib ki, bu işin daha sürətli olması üçün var qüvvəsilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əminamanlığın qorunması istiqamətindəki səylərini dəstəklədiklərini diqqətə çatdırıb. İki ölkə arasında mövcud dostluq münasibətlərindən danışan vyetnamlı diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi