​Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak edəcəklər

​Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak edəcəklər Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasları keçiriləcək
Xarici siyasət
26 sentyabr 2014 12:24
​Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak edəcəklər

Bakı. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin Hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcək.

Azərbaycan Milli Məclisindən “Report”a verilən məlumata görə, iclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrin parlamentlərinin Qara Dəniz regionunda beynəlxalq sərnişin və yük daşımalarının inkişafında və tənzimlənməsində rolu, həmçinin quruma üzv ölkələrdə kiçik sahibkarlığın inkişafının qanunvericilik dəstəyinin təmin edilməsində parlamentlərin rolu mövzularında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Asəf Hacıyev və Musa Quliyev iştirak edəcək

Son xəbərlər

Orphus sistemi