​Milana Qorenşteyn: "Sterliqovun hərəkətləri Qarabağ qaçqınlarına qarşı təhqirdir"

​Milana Qorenşteyn: "Sterliqovun hərəkətləri Qarabağ qaçqınlarına qarşı təhqirdir" İsrail vətəndaşı Rusiya telekanalına müsahibə verib
Xarici siyasət
18 İyul , 2015 09:01
​Milana Qorenşteyn: Sterliqovun hərəkətləri Qarabağ qaçqınlarına qarşı təhqirdir

Bakı. 18 İyul. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı iş adamı German Sterliqova qarşı qaldırılan cinayət işinin təşəbbüskarı olan İsrail vətəndaşı, hüquqşünas xanım Milana Qorenşteyn bildirib ki, sahibkarın hərəkətləri bütün Dağlıq Qarabağ qaçqınlarına qarşı zorakılıq və təhqirdir.

"Report" xəbər verir ki, "360 Podmoskovye" telekanalına müsahibə verən iddiaçının sözlərinə görə, cinayət işi Rusiya tərəfinə gələn həftənin əvvəlində veriləcək.

Qorenşteyn Sterliqovu təhqirdə ittiham edib. Onun sözlərinə görə, rusiyalı sahibkar bu yaxınlarda Dağlıq Qarabağda tarixi dəyirmanın olduğu mübahisəli torpaq sahəsinin Sterliqov tərəfindən alınması məsələsinin müzakirə olunduğu mətbuat konfransında təhqirə yol verib.

"O qaynar hüquqi prosesin içinə girib və bu prosesin sonu olmalıdır. Torpaq almağa gəldikdə isə, Dağlıq Qarabağdan olan Azərbaycan qaçqınları torpaqların onlara aid olmasına dair məsələni həll etməyincə və hələ ki, onların geri qaytarılması və torpaqların icarəyə verilməsi və ya satışı haqqında heç bir qanun qəbul olunmadığı halda, orada torpaqla bağlı heç bir sövdələşmə həqiqi qəbul edilə bilməz, bu, prosesdə iştirak edən bütün insanları təhqir etmək deməkdir", - deyə Qorenşteyn bildirib.

İddia Moskvaya gələn həftənn əvvəlində göndəriləcək, çünki bu günlər İsraildə Şabbat (həftə sonu) başlayır.

Son xəbərlər

Orphus sistemi