MHP-li millət vəkili: “Əminəm ki, ekofəallar Xankəndi-Laçın yolundakı sivil və haqlı mübarizəsində qalib olacaq”

MHP-li millət vəkili: “Əminəm ki, ekofəallar Xankəndi-Laçın yolundakı sivil və haqlı mübarizəsində qalib olacaq” “Əminəm ki, Azərbaycanın ekofəalları, aktivistləri Xankəndi-Laçın yolundakı sivil və haqlı mübarizəsində qalib olacaq”
Xarici siyasət
24 Yanvar , 2023 16:47
MHP-li millət vəkili: “Əminəm ki, ekofəallar Xankəndi-Laçın yolundakı sivil və haqlı mübarizəsində qalib olacaq”
Kamil Aydın

“Əminəm ki, Azərbaycanın ekofəalları, aktivistləri Xankəndi-Laçın yolundakı sivil və haqlı mübarizəsində qalib olacaq”.

Bu fikirləri ”Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın Qarabağda ermənilərin qanunsuz istismarı və onlara qarşı azərbaycanlı fəalların etdikləri etiraza mövqeyini bildrərkən deyib:

“1990-cı illərdə Sovet İttifaqının parçalanması ilə fürsəti qənimətə çevirməyə cəhd edən Ermənistan Qarabağı, yəni Azərbaycan ərazisini işğal edib və bu zaman Xocalı qətliamını törədib. İllər sonra yenə də ermənilərin eyni qanlı arzuları gözlərində qaldı, türkün şanlı tarixi bir daha təkrarlandı və Qarabağ 44 günlük möcüzəvi mübarizə ilə azadlığını bərpa etdi. Məğlub olan isə Ermənistan idi”.

K.Aydının fikrincə, Ermənistanın Qarabağdakı son fəaliyyətləri regionda yenidən gərginlik yaratmaq cəhdləridir:

“Bu dəfə yeni bir təxribat cəhdi ilə qarşı-qarşıyayıq. Qarabağ ərazisində qeyri-qanuni istismar fəaliyyəti ilə məşğul olan Ermənistan yenidən münaqişə mühiti yaratmağa çalışır. Onlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan yerdə yeni təxribat cəhdləri edir”.

Onun sözlərinə görə, 30 ildir işğal etdiyi torpaqlarda minadan başqa heç nə basdırmayan Ermənistan bu gün də başqa formada təxribat törədir: 

"Azərbaycan qələbədən sonra çox qısa müddətdə yenidən işğaldan azad edilən ərazilərdə yol və infrastruktur xidmətlərindən əlavə iki böyük hava limanı tikməyi də bacardı. Bununla bərabər Azərbaycan müharibə cinayətlərinə yol verən Ermənistanın minaladığı əraziləri təmizləməyə çalışır. Mən son iki ildə Şuşaya iki dəfə səfər edəndə orada çox böyük inkişafın şahidi oldum. Bunları niyə deyirəm? Çünki vətən torpağına yaraşan quruculuqdur. Bir tərəfdə dağıdıcı, digər tərəfdə qurucu qüvvə var. Təbii ki, quran, yaradan qalib olacaq. Türkiyə də bu mübarizəsində haqlı olan qardaş Azərbaycanın daim yanındadır. Əminəm ki, Azərbaycanın ekofəalları, aktivistləri Qarabağdakı sivil və haqlı mübarizəsində də qalib olacaq”.

Son xəbərlər

Orphus sistemi