Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb MSK siyasi partiyaların illik maliyyə hesabatları ilə əlaqədar geniş fəaliyyət planı hazırlayıb
Xarici siyasət
16 Mart , 2017 18:54
Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

Bakı. 16 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. MSK sədri qeyd edib ki, rəhbərlik etdiyi Komissiya beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi önəm verir və bu cür əlaqələrin davam etdirilməsi seçki praktikasının daha da təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qessel son illər Azərbaycanda keçirilən seçkilərdə davamlı inkişafa nail olunduğunu vurğulayıb və Azərbaycanın seçki (referendum) sistemi, seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı MSK tərəfindən nəzərdə tutulan layihələrlə maraqlanıb.

MSK sədri Məzahir Pənahov Avropa Şurası rəsmisinin suallarını cavablandıraraq, ölkəmizin seçki və referendum sistemi, seçki qanunvericiliyinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan qabaqcıl təcrübəni qonaqların diqqətinə çatdırıb və bildirib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi, həmçinin vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün Azərbaycanda demokratik mühit mövcuddur. 

Sədr Məzahir Pənahov qeyd edib ki, MSK siyasi partiyaların illik maliyyə hesabatları ilə əlaqədar geniş fəaliyyət planı hazırlayıb və beynəlxalq təşkilatların da iştirakı ilə həyata keçirir.

Görüşdə həmçinin, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi