Yuxarı

Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru ilə görüşüb

Mixael Link MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.

Bu barədə "Report"a MSK-nın Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib və qeyd edib ki, bu cür görüşlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

M.Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühit seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaradır".

Görüşdə həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi