Mərkəz sədri: “Təbrizdə Ermənistan konsulluğunun açılması siyasi bir addımdır”

Mərkəz sədri: “Təbrizdə Ermənistan konsulluğunun açılması siyasi bir addımdır” Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Təbrizdə Ermənistan konsulluğunun açılmasının siyasi bir addım olduğunu bəyan edib.
Xarici siyasət
28 dekabr 2023 07:57
Mərkəz sədri: “Təbrizdə Ermənistan konsulluğunun açılması siyasi bir addımdır”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Təbrizdə Ermənistan konsulluğunun açılmasının siyasi bir addım olduğunu bəyan edib.

“Report” xəbər verir ki, o, bunu mərkəzin 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Konsulluğun məhz orada açılması bizə mesajdır, məncə. Ancaq onun orada açılmasında təhlükə görmürəm. Bununla belə, İranın Azərbaycana münasibətində bəzi problemlər görürəm, belə ki, səmimi və ardıcıl deyil. İranla münasibətlərimiz yaxşıya doğru gedir, ona görə çox mənfi danışmaq istəməzdim. Ancaq belə bir sualım var, onlar əlaqələrimizin tezliklə və əsaslı həll olunmasını nə dərəcədə istəyirlər?", - F.Şəfiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi